“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Samuxda uşaq-gənclər arasında "26 Fevral- Xocalı Soyqırımı"nın 34-cü ildönümünə həsr olunmuş şahmat, stolüstü tennis və cüdo idman növləri üzrə yarışlar keçirilib.

26/02/2026, 14:40
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Samux Rayon Komitəsi və Samux rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "26 Fevral- Xocalı Soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş uşaq-gənclər arasında şahmat, stolüstü tennis və cüdo idman növləri üzrə yarışlar keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

24-25 fevral tarixlərində keçirilən yarışda qaliblər ETİHİ Samux Rayon Komitəsi tərəfindən kubok, diplom, və medallarla təltif olunublar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: