Xəbərlər
Şanlı tarix,qürurlu gələcək
04/11/2026, 17:24

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 100 nömrəli körpələr evi uşaq bağçasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində balacalar Vətənə, Azərbaycan xalqının qəhrəmanlığına və tarixi Zəfərimizə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, hazırladıqları bədii kompozisiyalarla çıxış ediblər. Uşaqların ifasında səslənən şeirlər və nümayiş etdirdikləri vətənpərvərlik ruhlu çıxışlar tədbirə xüsusi rəng qatıb.





