Xəbərlər
Şanlı Zəfər ADPK-də Anıldı
Şanlı Zəfərimizin 5-ci ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Kollecində musiqili bayram tədbiri keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başladı. Komitə sədri Rövşən İbrahimli çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin tarixi əhəmiyyətindən və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinin önəmindən söz açdı.
Kollecin direktoru Amaliya Sezgin tədbir iştirakçılarına minnətdarlığını bildirərək, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasının vacibliyini vurğuladı.
Tədbirdə iştirak edən müharibə iştirakçıları, qazi və şəhid ailələri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən Fəxri Fərmanlar və xatirə hədiyyələri ilə təltif olundular.
Sonda tələbələrin yaradıcılığına həsr olunmuş əl işləri sərgisinə baxış keçirildi.





