“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şanlı Zəfər, Güclü Komanda

04/11/2025, 14:31
xeber1

44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərimizin 5-ci ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə, Komitənin fəaliyyət dairəsinə daxil olan ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında voleybol yarışı təşkil edilib.


Tədbirin məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, kollektivlər arasında həmrəyliyin gücləndirilməsi və Şanlı Zəfərimizin doğurduğu qürur hissinin bir daha yaşadılması olub.


Yarış səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçirilib. Təhsil işçiləri meydançada komanda mədəniyyəti, qarşılıqlı dəstək və birlik nümayiş etdiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: