Xəbərlər
Şanlı Zəfərin altıncı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib.
08/11/2026, 10:16

ETİHİ Yevlax Şəhər Komitəsi əməkdaşları ,Yevlax Rayonu üzrə Təhsil Sektorunun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və kollektivləri Şanlı Zəfərin altıncı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Abidənin önünə və şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.









