Xəbərlər
Saray 1 nömrəli məktəbin kollektivi İsmayıllıda
18/06/2026, 15:13

28 may tarixində Saray qəsəbəsi 1 nömrəli tam orta məktəb kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.
Səfər zamanı iştirakçılar İsmayıllının zəngin təbiəti və göz oxşayan mənzərələri ilə tanış olub, birlikdə xoş və yaddaqalan anlar keçiriblər.
Bu cür gəzintilər əməkdaşların istirahətinin səmərəli təşkili ilə yanaşı, kollektiv həmrəyliyinin və qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə də töhfə verir.




