Xəbərlər
Saray 14 nömrəli uşaq bağçası kollektivi Qubada
11/11/2026, 11:54

Saray qəsəbəsi 14 nömrəli uşaq bağçasının kollektivi Quba rayonuna gəzintidə olub.
Səfər zamanı əməkdaşlar Qubanın müxtəlif məkanlarını ziyarət edib, birlikdə istirahət və asudə vaxt keçiriblər. Belə gəzintilər kollektiv üzvlərinin bir araya gəlməsi, ünsiyyət qurması və işdən kənar vaxtlarını səmərəli keçirməsi baxımından əhəmiyyətlidir.
İştirakçılar yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkür ediblər.



