“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Saray 4 nömrəli tam orta məktəbin kollektivi Şahdağda istirahət edib

19/01/2026, 11:15
xeber1

17 yanvar tarixində Abşeron rayonu Saray qəsəbə 4 nömrəli tam orta məktəbin kollektivi üçün Şahdağ Turizm Mərkəzinə birgünlük gəzinti təşkil olunub.


Məktəbin 25 nəfərlik pedaqoji heyətinin iştirak etdiyi səfər yüksək əhval-ruhiyyə və xoş təəssüratlarla yadda qalıb. Qışın füsunkar gözəlliklərini seyr edən iştirakçılar gün boyu təmiz dağ havasında səmərəli istirahət edib, asudə vaxtlarını maraqlı keçiriblər. Bu cür tədbirlər kollektiv daxilində səmimi mühitin qorunması və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Məktəb kollektivi müəllimlərin asudə vaxtının səmərəli təşkili və onlara göstərilən bu diqqətə görə Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə və ETİEHİ Abşeron rayon komitəsinin sədri Fəxrəddin Eyvazova öz dərin minnətdarlığını bildirib.


Gəzinti iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və kollektivdə unudulmaz xatirələr buraxıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: