“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Saray qəsəbəsi 4 nömrəli tam orta məktəbdə ilk təşkilatı yaradıldı

08/12/2025, 15:04
xeber1

Yeni tədris ilində qapılarını şagirdlərin üzünə açan Abşeron rayonu Saray qəsəbəsi 4 nömrəli tam orta məktəbdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbirdə məktəb kollektivi, ittifaq nümayəndələri və qonaqlar iştirak etmişdir.


Yığıncağın əsas məqsədi məktəbdə həmkarlar ittifaqı fəaliyyətinin təşkili, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olmuşdur.


Toplantıda iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov çıxış edərək, müəllim kollektivinə ittifaqın missiyası barədə ətraflı məlumat vermişdir. O, üzvlük mədəniyyətinin formalaşdırılması və yeni yaradılan təşkilatın üzərinə düşən vəzifələrdən bəhs etmişdir.


İclasın ən mühüm hadisəsi isə məktəbdə ilk dəfə olaraq Həmkarlar İttifaqı Komitəsinin formalaşdırılması və sədr seçimi olmuşdur. Açıq və şəffaf keçirilən səsvermənin nəticələrinə əsasən, İsmayılova İlahə Saray 4 nömrəli tam orta məktəbin ilk təşkilat sədri seçilmişdir.


Tədbirin sonunda yeni təşkilatın qarşıdakı dövr üçün fəaliyyət prioritetləri müzakirə olunmuş, müəllimlərin sosial təminatı və əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər dinlənilmişdir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi olaraq, yeni yaradılmış ilk təşkilatı və sədr seçilən İlahə xanımı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq! Biz hər zaman müəllim kollektivinin yanında olmağa davam edəcəyik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: