“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

S.C.Pişəvəri adına Hümanitar Fənlər Gimnaziyası da təbrik etdiyimiz məktəblər sırasında idi

05/10/2026, 17:47
xeber1

“Ən sevimli müəllimim” layihəsinin növbəti ünvanı – S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası. Görüşümüzə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz ruhunu və gimnaziyanın adını daşıdığı S.C. Pişəvərinin xatirəsini ehtiramla yad etməklə başladıq. Daha sonra şagirdlərin qapalı səsverməsi ilə seçilən 10 “Ən sevimli müəllim”imizi təbrik etdik..

Müəllimlərimizin sevincini və təəccübünü görmək isə bu görüşün ən gözəl anlarından biri oldu. Onlar üçün öz şagirdlərinin məhz onların adını qeyd etməsi gözlənilməz və çox xoş sürpriz idi. Bəzən müəllim illərlə verdiyi əməyin şagirdinin yaddaşında necə iz buraxdığını bilmir. Bu layihə isə həmin sevgini müəllimlərin özünə göstərmək üçün kiçik, amma çox dəyərli bir fürsət oldu.

Gimnaziyanın rəhbərliyinə də layihəyə verdikləri dəstəyə və pedaqoqlarının əməyinə göstərdiyimiz bu diqqəti yüksək qiymətləndirdikləri üçün təşəkkür edirik!

Əziz müəllimlər, şagirdlərinizin seçimi ilə qazandığınız bu dəyəri daim ürəyinizdə daşıyın. Hər zaman sevilən və xatırlanan müəllimlər olun!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: