Xəbərlər
SDU-da Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam edir
26/09/2025, 15:32

Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (SDU THİK) təşkilatçılığı ilə tələbələrimiz bu gün universitetimizin həyətində ucaldılmış şəhid məzunlarımızın xatirəsinə həsr olunmuş abidəni ziyarət edərək onların müqəddəs ruhunu ehtiramla yad etdilər.
Daha sonra tələbələrimiz universitetimizin Şəhid və Qazilərinin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları əks etdirən fotosərgiyə baxış keçirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!













