“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

SDU-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş minifutbol yarışlarına start verilib

19/10/2026, 09:26
xeber1

Sumqayıt Dövlət Universitetində (SDU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş minifutbol yarışlarına start verilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və universitetin İdman Klubunun təşkilatçılığı ilə keçirilən yarışda SDU-nun fakültələrini və Sumqayıt Dövlət Texniki Kollecini təmsil edən 6 komanda iştirak edir.

Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxışında Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyətindən danışıb, idman yarışlarının tələbələr arasında sağlam həyat tərzinin təşviqi və komanda ruhunun gücləndirilməsində rolunu vurğulayıb.

Afina Olimpiadasının bürünc mükafatçısı, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM-nin direktoru Fuad Aslanov isə gəncləri qarşılarına məqsədlər qoymağa, əzmkarlıqla çalışmağa və idman uğurları ilə ölkəmizi layiqincə təmsil etməyə çağırıb.

Daha sonra püşkatma mərasimi keçirilib və ilk oyunlara start verilib. Açılış qarşılaşmasında Təbiət elmləri və Riyaziyyat fakültəsinin komandası Kimya və ekologiya fakültəsinin komandası ilə üz-üzə gəlib.

Yarışın növbəti mərhələlərində komandalar arasında mübarizə davam edəcək.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: