Xəbərlər
SDU HİK-in üzvləri 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44” bədii filmini izlədilər

Noyabrın 5-də Sumqayıt Dövlət Universitetinin (SDU) Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Nizami Kinoteatrında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “44” bədii filminin nümayişi keçirilib.
Nümayişin məqsədi Vətən müharibəsinin tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və milli həmrəyliyini təbliğ etmək, gənc nəslin vətənpərvərlik ruhunu gücləndirmək, tarixi yaddaşını möhkəmləndirməkdir.
Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əcnəbi və fəal tələbələr, universitetin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Nümayiş zamanı Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, qazilərin qəhrəmanlığına və Zəfərin tarixi əhəmiyyətinə diqqət çəkilib.





