“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

SDU rektoru şəhid anası ilə görüşüb

29/06/2026, 09:37
xeber1

SDU rektoru şəhid anası ilə görüşüb


Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli universitetin əməkdaşı, Vətən müharibəsi şəhidi Fərhad Əliyevin anası Tacə Vahabovanı qəbul edib.  


Görüş zamanı rektor şəhid anasının qayğıları ilə maraqlanıb, onu Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə təbrik edib. O, şəhid ailələrinin hər zaman dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayaraq, SDU rəhbərliyinin də bu ailələrə həssas münasibət göstərdiyini qeyd edib.  


Tacə Vahabova dövlətin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətə görə minnətdarlığını ifadə edib, görüşdən məmnunluğunu bildirib. Görüşün sonunda Tacə Vahabovaya SDU adından xatirə hədiyyəsi təqdim olunub və xatirə fotosu çəkilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: