Xəbərlər
Səbail Rayon komitəsi 239 №-li tam orta məktəbdə ATİAHİ Respublika komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının rayon turu mərhələsini keçirdi.

Səbail Rayon komitəsi 15.04.2025-ci il tarixdə 239 №-li tam orta məktəbdə ATİAHİ Respublika komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı təhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının rayon turu mərhələsini keçirdi.
Yarışın hakimi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən şahmat yarışında idman ustalığına nazmizəd Abdullayev Vasif Müştaq oğlu idi.
Yarışın qalibi 2Nli Texniki-Humanitar liseyin hərbi-rəhbəri ,I-ci Qarabağ müharibəsi veteranı,polkovnik-leytenant Ömərov Aslan Kavı oğlu oldu.
Şahmat üzrə yarışın keçirilməsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında intelektual idman növü olan şahmat oyununu təbliğ etmək və geniş yaymaq , güclü şahmatçıları aşkar etmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etməkdən ibarətdir .








