Xəbərlər
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə “44” bədii filmi nümayiş etdirilib
07/11/2026, 16:15

Səbail Rayon İcra Hakimiyyətinin dəvəti ilə “44” bədii filminin nümayiş olunduğu tədbirdə iştirak etdik.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev və millət vəkili Nigar Arpadarai çıxış edərək şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, Vətən müharibəsində qazanılan tarixi Zəfərin qəhrəmanlarını ehtiram və minnətdarlıqla yad ediblər.





