“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəbnəm Məmmədovanın uğurlu təhsil yolu

06/08/2026, 16:02
xeber1

Təhsilin inkişafı yolunda peşəkarlığı, zəhməti və əldə etdiyi uğurlarla seçilən müəllimlərin fəaliyyəti hər zaman yüksək qiymətləndirilir.


Məmmədova Şəbnəm Nizami qızı 1994-cü ildə Göyçay rayonunun Cəyirli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, ali təhsilini uğurla başa vurduqdan sonra 2019–2020-ci tədris ilində Gəncə Dövlət Universitetində yenidənhazırlanma təhsilini tamamlamışdır.


2021-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında mümkün 60 baldan 59 bal toplayaraq yüksək nəticə göstərmiş və əmək fəaliyyətinə Göyçay rayonu Şıxbəy kənd ümumi orta məktəbində tarix müəllimi kimi başlamışdır.


2024-cü ildə müəllimlərin yerdəyişmə müsabiqəsində uğur qazanaraq Göyçay rayonu Kürdəmiş kənd tam orta ümumtəhsil məktəbində pedaqoji fəaliyyətini davam etdirmişdir.


Şəbnəm Məmmədova 24 iyun 2026-cı il tarixində keçirilən müəllimlərin sertifikatlaşdırma imtahanında da 60 mümkün baldan 59 bal toplayaraq peşəkarlığını bir daha nümayiş etdirmiş və növbəti uğuruna imza atmışdır.


ETİHİ Göyçay Rayon Komitəsi adından Şəbnəm Məmmədovanı qazandığı bu yüksək nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, ona gələcək pedaqoji fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və şagirdlərinin uğurları ilə daim qürur duymağı arzulayırıq. İnanırıq ki, onun zəhməti və fədakarlığı gələcək nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsinə mühüm töhfələr verməyə davam edəcək.

Sosial şəbəkələrdə paylaş: