Xəbərlər
Sədrlər və Mühasiblər üçün təlimin növbəti mərhələsi Şəkidə keçirilib.
26/11/2025, 10:12

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və “Siesco” MMC-nin dəstəyi ilə komitə sədrləri və mühasibləri üçün maliyyə və mühasibatlıq sahələrini əhatə edən 1c proqram təliminin növbəti mərhələsi Şəki-Zaqatala regionununu əhatə edib.
Şəki şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə Şəki Şəhər, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayon komitələrinin sədrləri və mühasibləri iştirak ediblər.
Təlim proqramı peşəkar təlimçilər Ramazan Hüseynov, Mirsənan Abdullazadə və Nihat Xasıyev tərəfindən təqdim olunub.




