“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəfaqət Qəribova 65 illik yubileyi münasibətilə təbrik olundu

10/03/2026, 14:36
xeber1

Bu gün Şəfaqət Qəribova üçün xüsusi və əlamətdar gündür. Göyçay şəhəri Mütalib Muradov adına 4 nömrəli körpələr evi‑uşaq bağçasının uzun illərdir fədakarlıqla çalışan müəllimi, dəyərli pedaqoq Şəfaqət Qəribova Sabir qızı 65 illik yubileyini qeyd edir. 


Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay Rayon Komitəsi tərəfindən yubilyar müəllim ziyarət olunaraq səmimi şəkildə təbrik edilmiş, onun təhsil sahəsində uzun illər ərzində göstərdiyi zəhmət, körpələrin tərbiyəsi və inkişafı naminə gördüyü dəyərli işlər yüksək qiymətləndirilmişdir. 


Şəfaqət müəllimə illərdir bağça mühitində uşaqlara sevgi, qayğı və bilik aşılayan, öz peşəsinə ürəklə bağlı olan nümunəvi pedaqoqlardandır. Onun qayğısı və zəhməti ilə böyüyən neçə-neçə körpə bu gün cəmiyyətin layiqli üzvlərinə çevrilmək yolundadır. Bu isə müəllimin ən böyük qazancı və qürur mənbəyidir. 


Bu əlamətdar 65 illik yubiley münasibətilə Şəfaqət Qəribova Sabir qızını ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy ömrünüz həmişə sevinc, hörmət və minnətdarlıqla dolu olsun!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: