Xəbərlər
Şəfəq qəsəbəsi 32 nömrəli uşaq bağçasının kollektivi İsmayıllıda
13/07/2026, 11:48

Şəfəq qəsəbəsi 32 nömrəli körpələr evi-uşaq bağçası kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçılar üçün səmərəli istirahət və kollektiv üzvləri ilə birgə xoş vaxt keçirmək imkanı yaradıb. Səfər zamanı onlar İsmayıllının görməli məkanları ilə tanış olub, bölgənin təbii gözəlliklərini seyr edərək yaddaqalan anlar yaşayıblar.
Gəzinti kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib. İştirakçılar təşkil olunan ekskursiyaya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, belə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər.




