“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ŞƏHİD AİLƏLƏRİMİZ HƏMİŞƏ DİQQƏT VƏ QAYĞIMIZIN MƏRKƏZİNDƏDİR

26/10/2026, 10:42
xeber1

ŞƏHİD AİLƏLƏRİMİZ HƏMİŞƏ DİQQƏT VƏ QAYĞIMIZIN MƏRKƏZİNDƏDİR

Hörmətli Prezidentimiz İlham Əliyevin daim vurğuladığı “Şəhidlər bizim baş tacımız, onların övladları və ailələri isə bizə əmanətdir” prinsipi rəhbər tutularaq, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, ailələrinin diqqət və qayğı ilə əhatə olunması hər zaman xüsusi önəm daşıyır.

Bu məqsədlə ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev komitənin əməkdaşları ilə birlikdə şəhidlərimizin məzarlarını mütəmadi olaraq ziyarət edir, onların əziz xatirəsini ehtiramla yad edir, ailələrinə baş çəkərək qayğıları ilə maraqlanır.

Oktyabrın 23-də Hişkədərə kəndində növbəti belə ziyarət həyata keçirilib. Şəhid Məhərrəmov Vusal Aslan oğlunum məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Daha sonra şəhidin ailəsinə baş çəkilərək onların qayğıları və ehtiyacları ilə maraqlanılıb.

Ziyarətin şəhidimizin atası Aslan Məhərrəmovun 80 illik yubileyinə təsadüf etməsi görüşə xüsusi məna qatıb. Rasim Nurullayev ETİHİ Masallı Rayon Komitəsi adından yubilyarı təbrik edərək ona Fəxri Fərman və hədiyyə təqdim edib, şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayır. Onların ailələrinə sahib çıxmaq, qayğılarını bölüşmək və hər zaman yanlarında olmaq hər birimizin mənəvi borcudur.

Şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirələrini ehtiramla yad edirik!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: