Xəbərlər
ŞƏHİD AİLƏSİ İLƏ GÖRÜŞ TƏŞKİL EDİLDİ

Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Quluyev Nurlan Şükür oğlunun anası, Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Quluyeva Zülfiyyə xanımla ETİHİ Ağcabədi Rayon Komitəsinin əməkdaşlarının görüşü təşkil edilib.
Görüş zamanı Zülfiyyə ana, övladları və nəvələri ilə çay süfrəsi arxasında səmimi söhbət aparıldı. Şəhid anası ailənin tək oğlu olan Nurlan haqqında xatirələrini bölüşüb, onun həyat yolu, arzuları və Vətənə bağlılığından söz açdı.
ETİHİ Ağcabədi Rayon Komitəsi adından şəhid ailəsinə dərin ehtiram və diqqət ifadə olunub. Vətən uğrunda canından keçən Nurlan Quluyevin əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!










