Xəbərlər
ŞƏHİD AİLƏSİ İLƏ GÖRÜŞÜN TƏŞKİLİ

Yeni tədris ilinin başlanması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin nümayəndə heyəti təhsil müəssisəsində çalışan şəhid ailələsi ilə görüş keçirib.
Bu məqsədlə Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin texniki işçisi, şəhid həyat yoldaşı Qumru Süleymanovanın ailəsində görüş keçirilib.
Görüşün əsas məqsədi Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Həsən Süleymanovun həyat yoldaşı Qumru xanımın və övladları Fatimə və Hüseynin yeni tədris ilinə hazırlıqları, ailənin sosial vəziyyəti və qayğıları ilə maraqlanmaq, onlara mənəvi dəstək göstərmək olub.
Səmimi söhbət zamanı şəhid ailəsinin qayğıları dinlənilib, yeni tədris ili münasibətilə Qumru xanıma və övladlarına uğurlar və xoş arzular çatdırılıb.
Görüşdə həmkarlar ittifaqı üzvləri, ETİHİ Ağcabədi Rayon Komitəsinin Müharibə işləri üzrə komissiyasının sədri, Uşaq-Gənclər İnkişaf Mərkəzinin həmkarlar təşkilatının sədri və digər nümayəndələr iştirak ediblər.
Şəhid ailələrinə diqqət və qayğı göstərmək, onların sevincinə şərik, qayğılarına isə dayaq olmaq hər birimizin mənəvi borcudur.
ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq yeni tədris ili ərəfəsində təhsil sahəsində çalışan şəhid ailələrini ziyarət etməyi, onların qayğıları ilə maraqlanmağı və hər zaman yanlarında olmağı özümüzə mənəvi borc bilirik.






