Xəbərlər
ŞƏHİD ELGÜN MİKAYILLININ ƏZİZ XATİRƏSİ EHTİRAMLA YAD EDİLİB

ŞƏHİD ELGÜN MİKAYILLININ ƏZİZ XATİRƏSİ EHTİRAMLA YAD EDİLİB
44 günlük Vətən müharibəsində Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Xıl kənd sakini Mikayıllı Elgün Aqil oğlunun anım günü ilə əlaqədar məktəbdə geniş tədbir keçirilib. Tədbirdə şəhidimizin qəhrəmanlıq yolu, Vətən uğrunda göstərdiyi fədakarlıq və əziz xatirəsinin daim yaşadılması barədə fikirlər səsləndirilib.
Anım günü ilə əlaqədar ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev və komitənin əməkdaşları şəhidin məzarını ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra şəhidin ailəsinə baş çəkərək valideynləri ilə görüşüb, onlara mənəvi dəstəklərini ifadə ediblər.
Şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və ailələrinə diqqət göstərilməsi hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz!







