“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ŞƏHİDİMİZ EHTİRAMLA ANILDI

23/10/2026, 14:58
xeber1

Vətənin azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yaşamış və orta təhsilini həmin kənd məktəbində almış şəhid Talıbov Şirnalı Aqil oğlunun anım günü qeyd edildi.

Anım tədbiri ilk olaraq R. İbrahimov adına Nəcəfqulubəyli kənd məktəbində keçirildi. Müəllim və şagirdlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Təhsil müəssisələrində şəhidlərin xatirəsinin anılması yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, Vətənə, torpağa və dövlət bayrağına sevgi və hörmətin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlər gənc nəslə qəhrəmanlarımızın şərəfli həyat yolunu tanıtmaqla yanaşı, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissini də gücləndirir.

Məktəbdə anım gününün təşkilində məktəbin direktoru Vüsalə Əliyeva, məktəb həmkarlar təşkilatının sədri Nazənin Quliyeva, Sevda Soltanova, Süsən Əhmədova və digər müəllimlər iştirak etdilər.

Anım günü münasibətilə kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edildi.

Şəhid Talıbov Şirnalı Aqil oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: