“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhər 6 nömrəli tam orta ümümtəhsil məktəbin təqaüddə olan ingilis dili fənni üzrə müəllimi Həsənov Hüsən və həyat yoldaşı, kimya fənni üzrə müəllim Quluyeva Xanım müəllimin ailəsində oldu.

21/03/2026, 14:00
xeber1

ETİHİ Ağcabədi Rayon Komitəsi , Şəhər 6 nömrəli tam orta ümümtəhsil məktəbin təqaüddə olan ingilis dili fənni üzrə müəllimi Həsənov Hüsən və həyat yoldaşı, kimya fənni üzrə müəllim Quluyeva Xanım müəllimin ailəsində oldu.

Uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, peşəkarlığı və gənc nəslin təlim tərbiyyəsindəki xidmətləri yüksək qiymətləndirilib.Hər iki cütlük tədris illərində məsuliyyəti və pedaqoji ustalığı ilə daim kollektivin , rayon ictimayyətinin hörmət və rəğbətini qazanıb.

Hüsən müəllim uzun illər məktəb həmkarlar təşkilatının sədri vəzifəsində çalışıb. Tədris illərində dəfələrlə həmkarlar təşkilatının fəaliyyətindəki işlərə görə ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edilib.

Müqəddəs Ramazan ayı və Novruz bayramı münasibəti həmkarlar təşkilatının fəxri üzvüləri olan Hüsən və Xanım müəllimi ,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından təbrik edirik.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: