“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış , məktəbin direktoru ,Qabaqcıl Təhsil İşçisi, coğrafiya elmi üzrə elmlər namizədi Abdulov Etibar Ələfsər oğlunun 65 yaş yubiley tədbiri keçirilmişdir.

12/02/2026, 21:17
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində çalışmanın son yaş həddinə çatmış , məktəbin direktoru ,Qabaqcıl Təhsil İşçisi, coğrafiya elmi üzrə elmlər namizədi Abdulov Etibar Ələfsər oğlunun 65 yaş yubiley tədbiri keçirilmişdir. 


Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, DŞRTİ Rayon Sektorunun məsləhətçisi Vüsalə Abdulkərimova və kollektiv üzvləri iştirak etmişlər. Tədbirdə çıxış edən ETİHİ Rayon Komitə sədri Etibar Abdulovun ilk əmək fəaliyyətinə elmi institutlarda başlayaraq ixtisasına görə elmi dərəcə almış rayonumuzun ilk təhsil işçilərindən biri olduğunu bildirdi. 


Ailə vəziyyətilə bağlı rayona qayıdıb müəllimlik və sonralar məktəb rəhbəri kimi fəaliyyətini davam etdirərək təhsil sahəsində xidmət göstərmişdir. Rəhbərlik etdiyi müddətdə məktəb 2 dəfə Respublika üzrə ilin məktəbi, qrant müsabiqələrin qalibi, yüksək ballı məzunların yetişdirilməsi ilə yadda qalmışdır. 


Çıxış edən kollektiv üzvləri Etibar müəllimin yaxşı məktəb rəhbəri, səmimi və xeyirxah bir təhsil işçisi olduğunu bildirdilər. Göstərilən diqqətə və qayğıya görə kollektivə və Rayon Komitəsinə minnətdarlığını bildirən yubilyar işlədiyi bu illərdə işinin öhdəsindən şərəflə gələ bildiyini qeyd elədi , keçirdiyi xoş xatirələri kollektiv üzvləri ilə səmimiyyətlə bölüşdü. 


Sonda yubilyar ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.

Bütün təhsil ictimaiyyəti adından Etibar Abdulovu yubiley yaşının tamam olması münasibətilə təbrik edirik, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: