“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhərsalma ilinə həsr olunmuş ekskursiya uğurla baş tutub.

08/07/2026, 11:50
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Şəhərsalma ilinə həsr olunmuş növbəti maarifləndirici və mədəni tədbir çərçivəsində Bərdə rayonu Qabil Bayramov adına Piyadalar kənd ümumi orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, həmçinin Azərbaycanın zəngin tarixi, mədəni irsi və turizm potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər zamanı iştirakçılar İsmayıllı və Qəbələ rayonlarının tarixi-mədəni abidələrini, füsunkar təbiət guşələrini və görməli yerlərini ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial-mədəni həyatının zənginləşdirilməsi, onların istirahətinin səmərəli təşkili istiqamətində belə tədbirlərin davam etdiriləcəyini bildirib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: