Xəbərlər
Şəhərsalma və Memarlıq ili çərçivəsində İçəri şəhərə ekskursiya təşkil edildi.

15 Mart 2026- cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə bir qrup təhsil işçilərinin " Şəhərsalma və Memarlıq ili" çərçivəsində İçəri şəhərə ekskursiyası təşkil edildi.Ekskursiyada " İçəri şəhər Dövlət Tarix- Memarlıq Qoruğu " idarəsinin əməkdaşlarının köməkliyi ilə rayonun təhsil işçiləri İçəri şəhərin tarixi Memarlıq abidələrini - " Şirvanşahlar sarayı" ,"Qızıl qalası", , " Bəylər məscidi", " Məhəmməd məscidi", " Cümə məscidi" və əlavə bir neçə milli memarlıq arxitekturası əsasında inşa olunmuş tarıxı abidələri ziyarət etdilər. Azərbaycan tarixinin qədimliyini, zənginliyini əyani faktlarla müəyyən edən müəllimlərin biliklərinin və dünyagörüşlərinin artması üçün ekskursiyanın böyük əhəmiyyəti oldu.
Təhsil işçiləri onlara göstərilən xidmətdən , turun təşkilindən hədsiz razılığını bildirdilər və layihənin reallaşmasına dəstək göstərdiyinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz minnətdarlıqlarını bildirdilər və
sonda xatirə şəkili çəkildi.







