Xəbərlər
Şəhərsalma və Memarlıq ili çərçivəsində İçəri şəhərə ekskursiyasını təşkil etmişdir.

01 Mart 2026- cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsi ETİHİ Respublika Komitəsinin dəstəyi ilə bir qrup təhsil işçilərinin " Şəhərsalma və Memarlıq ili" çərçivəsində İçəri şəhərə ekskursiyasını təşkil etmişdir. Ekskursiyada əsasən rayonun qabaqcıl coğrafiya müəllimləri iştirak etdilər. " İçəri şəhər Dövlət Tarix- Memarlıq Qoruğu " idarəsinin əməkdaşlarının köməkliyi ilə rayonun təhsil işçiləri İçəri şəhərin tarixi Memarlıq abidələrini - " Şirvanşahlar sarayı" ,"Qızıl qalası", , " Bəylər məscidi", " Məhəmməd məscidi", " Cümə məscidi" və əlavə bir neçə milli memarlıq arxitekturası əsasında inşa olunmuş tarıxı abidələri ziyarət etdilər. Azərbaycan tarixinin qədimliyini, zənginliyini əyani faktlarla müəyyən edən müəllimlərin biliklərinin və dünyagörüşlərinin artması üçün ekskursiyanın böyük əhəmiyyəti oldu.
Təhsil işçiləri onlara göstərilən xidmətdən , turun təşkilindən hədsiz razılığını bildirdilər və layihənin reallaşmasına dəstək göstərdiyinə görə ETİHİ Respublika Komitəsinə minnətdarlıqlarını bildirdi















