“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual müsabiqəsi keçirildi.

05/05/2026, 10:57
xeber1

05 may 2026-cı il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində ETİHİ İsmayıllı Rayon Komitəsi, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı rayon təhsil sektorunun, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual müsabiqəsi keçirildi.


🇦🇿Tədbirdə İlk olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, İsmayıllı rayon Təhsil sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Nilufər Mürsəliyeva, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.


Gərgin və maraqlı davam eden intellektual yarışmada qaliblər aşağıdakı kimi müəyyən olunub:

I yer -- İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin "Sən həmişə bizimləsən" komandası

II yer – İsmayıllı rayon N.Behdiyev adına 6 saylı tam orta məktəbin “Labirint” komandası

III yer – İsmayıllı rayon Talıstan kənd tam orta məktəbin “Talıstan” komandası


Tədbirin keçirilməsində məqsəd müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin gənclər tərəfindən daim anılması, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Yekunda qalib gələn komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsi tərəfindən kubok, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən isə diplomlarla mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: