“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhərsalma və Memarlıq ili münasibətilə silsilə tədbirlər.

06/05/2026, 09:42
xeber1

Bu çərçivədə ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Sarvanlar kənd ümumi orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Hüseynova Vəsilə Atəş qızının təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri İsmayıllı Qəbələ şəhərlərinə maarifləndirici səfər ediblər.

Səfərin əsas məqsədi aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaları olub.

Müasir memarlıq nümunələri, yenilənən infrastruktur layihələri, yeni yaşayış və sosial obyektlər, eləcə də tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində həyata keçirilən işlər iştirakçılar tərəfindən böyük maraq və qürur hissi ilə qarşılanıb.

Bir günlük tur çərçivəsində həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və onun üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: