“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Şəhərsalma və Memarlıq ili”çərçivəsində 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz, əbədidir, daimidir,dönməzdir”mövzusunda tədbir keçirilib.

16/10/2026, 16:05
xeber1

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Heydər Bəylərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, Kəlbəcər RİH yanında İctimai Şuranın sədri Şaban Qurbanov ,Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayonu üzrə nümayəndəsi Akif Bayramov, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.


Tədbirdə çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması, dövlətçilik ənənələrinin yaşadılması və ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi, ölkəmizin davamlı inkişafının, siyasi sabitliyin və xalq-iqtidar birliyinin Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlar xalqımızın milli iradəsinin, azadlıq uğrunda mübarizəsinin və dövlətçilik ənənələrinə bağlılığının nəticəsidir. 


Tarixi torpaqlarımıza qayıdış məsələsinə də toxunularaq, milli yaddaşın qorunmasının, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının və soydaşlarımızın doğma yurdlarına qayıdış arzularının reallaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: