Xəbərlər
“Şəhərsalma və memarlıq ili”çərçivəsində “İlham Əliyev-Qarabağımızın xilaskarı və qurucu memarı” mövzusunda tədbir keçrilib.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, rayon fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, ruhuna ehtiramları ifadə olunub, daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən stendlərə baxış keçirlib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, azad olunmuş ərazilərin yenidən bərpası istiqamətində görülən mühüm layihələrdən bəhs ediblər. Qeyd olunub ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Qarabağ regionu sürətlə inkişaf edərək müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə yenidən qurulur. Vurğulanıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi tədbirlər cəmiyyətin maarifləndirilməsi, dövlət siyasətinin təbliği və xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda qeyd olunub ki, Qarabağın dirçəldilməsi, doğma yurdlarımızın əvvəlkindən də gözəl şəkildə bərpası istiqamətində görülən işlər hər bir azərbaycanlıda böyük qürur hissi doğurur və bu prosesdə fəal iştirak etmək hər bir vətəndaşın mənəvi borcudur.







