Xəbərlər
“Şəhərsalma və Memarlıq İli”- 2026 ilə bağlı tədbir keçirilib

ETİHİ Səbail Rayon Komitəsinin üzv təşkilatı olan 49 №li “İntellekt” məktəb – liseydə “Şəhərsalma və Memarlıq İli”- 2026 “Heydər Əliyev və Milli Memarlıq Dəyərlərinin Qorunması və İnkişafı” mövzusunda panel müzakirə keçirilib.
Tədbir Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması çərçivəsində milli memarlıq irsinin qorunması, şəhərsalma ənənələrinin təbliği və gənc nəslin tarixi – mədəni dəyərlərlə bağlılıq ruhunda formalaşdırılması məqsədilə keçirilib.
Tədbir iki hissədən ibarət olub. Birinci hissədə qonaqların çıxışları dinlənilib, ikinci hissədə isə mövzu ətrafında panel müzakirə təşkil edilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, təhsil, memarlıq, turizm və mədəniyyət sahələrinin rəhbər şəxsləri çıxış edib.
Panel müzakirədə Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qabil Vahidov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova, Səbail rayonu Bələdiyyəsinin sədri Hacı Əliyev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şöbə müdiri Altun Rəcəbli, Bakı-Abşeron Regional Turizm idarəsinin rəisi Elnarə Əliyeva, baş memar İnarə Əzimzadə və Bakı Abadlıq Xidməti MMC-nin memarı Rüfət Quliyev iştirak edib. See less







