“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suveren Azərbaycan” adlı tədbir keçirilib

18/09/2026, 09:22
xeber1

itəsi

4 gün

 

·



Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suveren Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,Rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları,ETİHİ Yevlax Şəhər Komitəsinin sədri Əfsanə Səlimova, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin iştirakçısı, müharibə əlili Soltan Səmədov, Fəqani Əhmədov adına Yevlax rayon Aşağı Salamabad kənd tam orta ümumtəhsil məktəbinin direktoru Almaz Təhməzova və Yevlax rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Hüseyn Həsənov çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasəti, şəhid və qazilərin göstərdiyi qəhrəmanlıq və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıblar

Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının solisti Rüstəm Cəfərovun ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: