Xəbərlər
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti iməcilik aksiyası keçirilib.
07/07/2026, 14:53

07 iyul 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi və Kəlbəcər Rayon Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə idarənin inzibati binasının ətrafında növbəti iməcilik aksiyası təşkil olunub. Aksiya zamanı ərazi alaq otlarından təmizlənib, ağac və yaşıllıqlara qulluq göstərilib, ətraf mühit səliqəyə salınaraq abadlıq işləri həyata keçirilib. Keçirilən iməciliyin əsas məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, təmizlik və abadlıq ənənələrini təşviq etmək, həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərə fəal dəstək göstərmək olub.






