Xəbərlər
"Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər təşkil edilib

ETİHİ Qəbələ Rayon Komitəsinin dəstəyi ilə Mürvət Bilalov adına Aydınqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Şuşa və Xankəndi şəhərlərinə səfər edib.
Səfər zamanı iştirakçılar həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanış olublar. Onlar bölgədə aparılan yenidənqurma işlərinin miqyası, müasir infrastruktur layihələri və tarixi-mədəni abidələrin bərpası prosesi barədə ətraflı məlumat əldə ediblər.
Səfər iştirakçıları xalqımıza tarixi Zəfəri bəxş edən, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və ehtiramlarını ifadə ediblər.
Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, qazilərimizə sağlamlıq və uzun ömür arzulanıb.







