Xəbərlər
“Şəhərsalma və Memarlıq İli” münasibətilə silsilə tədbirlər davam edir.

“Şəhərsalma və Memarlıq İli” münasibətilə silsilə tədbirlər davam edir.
ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı olan Qiyaməddinli kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının üzvləri Göygöl şəhərinə səfər ediblər.
Səfərin əsas məqsədi şəhərdə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq, həmçinin həftəsonu ittifaq üzvlərinin istirahətinin səmərəli təşkil edilməsindən ibarət olub.
Bir günlük tur çərçivəsində həmkarlar ittifaqı üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və onun üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildiriblər.






