“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhərsalma və Memarlıq İli münasibətilə silsilə tədbirlər davam edir

17/06/2026, 09:47
xeber1

Şəhərsalma və Memarlıq İli münasibətilə silsilə tədbirlər davam edir

Ağcabədi rayonunun Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının üzvləri üçün Ağdam–Xocalı–Xankəndi–Şuşa şəhərlərinə yaddaqalan tur-gəzinti təşkil olunub.

Turun əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri ilə yaxından tanış olmaq, tarixi və mədəni abidələri ziyarət etmək, eyni zamanda həmkarlar ittifaqı üzvlərinin həftəsonu istirahətini səmərəli təşkil etmək olub.

Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri Məmmədova Razi Rafiq oğlu və fəal həmkarlar təşkilaının üzvü Əliyeva Aynur Aydın qızının təşkilatçılığı ilə baş tutan səfər iştirakçılarda xoş təəssüratlar yaradıb. Gəzinti zamanı iştirakçılar Qarabağın füsunkar təbiətini seyr edib, şəhərlərdə aparılan bərpa və inkişaf işlərini böyük maraqla izləyiblər. Xüsusilə Şuşanın tarixi abidələri, Xankəndidə aparılan yenidənqurma işləri və Ağdamın müasir inkişaf mənzərəsi iştirakçıların diqqətini cəlb edib.

Bir günlük tur çərçivəsində məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürünü bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: