“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhərsalma və Memarlıq İli münasibətilə silsilə tədbirlər davam edir

22/06/2026, 11:51
xeber1

Ağcabədi rayonu Xanoğlan Həsənov adına Hindarx qəsəbə 2 nömrəli ümumi orta məktəbin həmkarlar təşkilatının sədri Baxşəliyeva Şəfa Oruc qızının təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri üçün Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə yaddaqalan tur-gəzinti təşkil olunub.

Turun əsas məqsədi iştirakçıları işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq və bərpa işləri ilə yaxından tanış etməkdir.

Tur iştirakçıları bölgədə görülən işlərin miqyasını yüksək qiymətləndirərək zəngin təəssüratlarla geri dönüblər.

Bir günlük tur çərçivəsində məktəb kollektivi həmkarlar ittifaqı üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlığını ifadə edib

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: