“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhərsalma və Memarlıq İli münasibətilə tur-gəzinti təşkil olundu.

18/06/2026, 17:17
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 3 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi olub.

Səfər iştirakçıları Qəbələ və İsmayıllının gözəl təbiəti, tarixi-mədəni məkanları və füsunkar mənzərələri ilə tanış olaraq xoş və unudulmaz anlar yaşayıblar.

Kollektiv onlar üçün yaradılan bu şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: