Xəbərlər
Şəhid ailə üzvünün doğum günü münasibətilə ETİHİ Gəncə Şəhər Komitəsi xüsusi görüş keçirib.

“Şəhid ailə üzvünün doğum günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi xüsusi görüş keçirib.”
Görüş zamanı Gəncə şəhər komitəsinin sədri Niyazi Nəbiyev tərəfindən Gəncə şəhər 5 saylı tam orta məktəbdə çalışan şəhid övladı Əmiraslanov Mətləb Rəşid oğluna səmimi təbriklər çatdırılmış, onun sosial rifahı və mənəvi dəstəklə təmin olunmasının daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır. Şəhid anası və övladının eyni zamanda qayğı və ehtiyacları dinlənilmiş, müvafiq dəstək tədbirlərinin davamlı şəkildə həyata keçiriləcəyi qeyd olunmuşdur.
Sonda doğum günü münasibətilə şəhid övladına fəxri fərman və hədiyyə təqdim edilmişdir.



