“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailələri ilə görüş

10/06/2026, 13:38
xeber1

Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi, şəhid anası Quluyeva Zülfiyyə Yadigar qızı ilə görüş təşkil edilib.

İlk olaraq, ETİHİ Ağcabədi Rayon Komitəsinin fəal üzvləri olan şəhid ailəsi üzvləri Xuduyeva Samirə və Süleymanova Qumru ilə birlikdə Qaraxanlı kənd məzarlığında dəfn olunan şəhidlər – Quluyev Nurlan Şükür oğlu, Məmmədov Ceyhun Qafar oğlu və Allahverdiyev Rövşən Fərrux oğlunun məzarları ziyarət olunaraq əziz xatirələri ehtiramla yad edilib.

Daha sonra ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman övladımızın anası Zülfiyyə xanım və ailəsi ilə səmimi görüş keçirilib.

Görüş zamanı Zülfiyyə ana qürur hissi ilə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan danışaraq bildirib ki, Vətən uğrunda qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onların əziz xatirəsi hər zaman hörmət və ehtiramla yad olunacaq.

Zülfiyyə xanım, həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açaraq, bu qələbədə payı olan qəhrəman şəhidlərimizlə hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb.

Sonda Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilənilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: