“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailələri , qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

04/11/2025, 16:24
xeber1

  Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən düşmən üzərindəki misilsiz qələbəmizdən 5 il ötür.

  8 Noyabr- Zəfər Günü ərəfəsində ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil sahəsində çalışan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə Salyan şəhəri Ə.Kürçaylı adına texniki -təbiət fənlər təmayüllü liseydə görüş keçirilib.

  Tədbirdə YAP Salyan Rayon Təşkilatının sədri Elmar Əhmədov, Heydər Əliyev mərkəzinin direktoru Nübar Əliyeva, Salyan rayon icra hakimiyyətinin məsul nümayəndəsi Sevinc Səmədova, Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Orucova iştirak edib.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi böyük qürur və iftixar hissi ilə yad edilib.

  ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova giriş sözü ilə çıxış edərək, tədbirdə iştirak edən şəhid ailələri, qazi və veteranları salamlayıb.

  Daha sonra "Şəhidə məktub" adlı videoçarx nümayiş etdirilib. 

  Tədbirdə iştirak edən qonaqlar düşmən üzərindəki Şanlı Zəfərimizin qazanılmasında canlarından keçərək misilsiz cəsarət və qəhrəmanlıq göstərən Vətən oğullarını böyüdüb boya-başa çatdıran Şəhid valideynlərinə sonsuz sevgi və minnətdarlıqlarını bildiriblər. Çıxış edən valideynlər də övladları ilə qürur duyduqlarını bir daha dilə gətirərək , üçrəngli bayrağımızın ucalarda dalğalanması, ordumuzun daim müzəffər , dövlət müstəqilliyimizin dönməz və əbədi olması üçün dualar ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: