Xəbərlər
Şəhid ailələri və qazilər hər zaman Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin diqqət mərkəzində olmuşdur.

Şəhid ailələri və qazilər hər zaman Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin diqqət mərkəzində olmuşdur. Onların rifahı, qayğı ilə əhatə olunması, təhsil və sosial sahədə dəstəklənməsi təşkilatın fəaliyyət istiqamətlərindən biri olaraq daim ön planda saxlanılır.
1 oktyabr tarixində məktəblərdə hazırlıq qruplarında dərslər başlamışdır. Bu münasibətlə Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində tədbir keçirilmişdir. 44 günlük Vətən müharibəsi qazisi Əmrah Mirzəyevin övladı Yağmur Mirzəyev də məktəbin hazırlıq qrupuna bu il qəbul olunan uşaqlar arasındadır.
Bu münasibətlə məktəbdə təşkil olunan tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev iştirak etmişdir. Rasim müəllim məktəb kollektivini tədris ilinin başlanması münasibətilə təbrik etmiş, hazırlıq qrupuna qəbul olunmuş şagirdlərə, xüsusilə də qazi övladına xoş arzularını bildirmişdir. O, eyni zamanda AHİK sədri cənab Sahib Məmmədovun, ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin salamlarını pedaqoji kollektivə çatdirmiş, tədrisə başlaması münasibətilə qazı Əmrah Mirzəyevi və övladını təbrik etmişdir. Komitə sədri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstəyin davamlı olduğunu vurğulamış, qazi övladı Yağmur xanıma həmkarlar ittifaqı adından hədiyyələr təqdim etmişdir. Qazı Əmrah Mirzəyevi çixış edərək AHİK sədri cənab Sahib Məmmədova, ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə və ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayevə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
Belə tədbirlər bir daha göstərir ki, Vətən yolunda canından keçən və sağlamlığını itirən qəhrəmanlarımızın ailələri heç vaxt unudulmur və daim xalqımızın, eləcə də müxtəlif təşkilatların diqqətindədir.






