Xəbərlər
Şəhid ailələri ziyarət olundu.

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq Çaparlı kəndinin şəhidi Rüstəmov İkram Novruzəli oğlunun ailəsin, həmkarlar ittifaqının üzvü Nəzakət müəlliməni ziyarət edərək onu təbrik etdik.
Görüş zamanı Nəzakət müəllimə ilə səmimi söhbət aparıldı, onun qayğıları ilə maraqlanıldı.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid ailələrinin göstərdiyi səbir, dözüm və vətən sevgisi hamımız üçün böyük nümunədir.
Elm və Təhsil İşçiləri Rayon Komitəsi Ağsu Rayon Komitəsi olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərməyi özümüzə borc bilirik. Nəzakət müəlliməyə möhkəm can sağlığı, uzun ömür arzulayır, şəhidimiz İkramın əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.





