Xəbərlər
Şəhid ailələri ziyarət olundu

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi olaraq Gəgəli kəndinin şəhidi Süleymanlı Elmir Aqil oğlunun anası, həmkarlar ittifaqının üzvü Ofelya ananı ziyarət edərək onu təbrik etdik.
Görüş zamanı Ofelya ana ilə səmimi söhbət aparıldı, onun qayğıları ilə maraqlanıldı. Qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Şəhid analarının göstərdiyi səbir, dözüm və vətən sevgisi hamımız üçün böyük nümunədir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsı̇ olaraq şəhid ailələrinə daim diqqət və qayğı göstərməyi özümüzə borc bilirik.
Ofelya anaya möhkəm can sağlığı, uzun ömür arzulayır, şəhidimiz Elmirin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.





