Xəbərlər
Şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir

ETİHİ Masallı Rayon Komitəsinin sədri Rasim Nurullayev Ərkivan qəsəbə Zahir Nəcəfov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aytən Əliyeva ilə birlikdə məktəbin sabiq müəllimi, Vətən müharibəsi şəhidi Ələddin Ağayevin atası Bahəddin Ağayevi ziyarət ediblər.
Görüş zamanı Bahəddin Ağayevlə səmimi söhbət aparılıb, onun səhhəti və qayğıları ilə maraqlanılıb, tezliklə sağalması və möhkəm cansağlığı arzulanıb. Həmçinin şəhid ailələrinə göstərilən dövlət diqqət və qayğısından bəhs olunub.
ETİHİ Masallı Rayon Komitəsi şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərməyi, onların problemləri və qayğıları ilə yaxından maraqlanmağı fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq, onların ailələrini daim diqqətdə saxlamaq hər birimizin mənəvi borcudur.




