“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəhid ailələrinin iştirakı ilə növbəti tədbir keçirilib

25/09/2026, 15:13
xeber1

27 Sentyabr – Anım Günü ilə əlaqədar ölkəmizin bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da silsilə tədbirlər davam etdirilir.


Növbəti tədbir Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqı və Gənclər və İdman Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.


Tədbirdə şəhid ailələri, ictimaiyyət nümayəndələri, təhsil və həmkarlar ittifaqı əməkdaşları, gənclər iştirak ediblər.


Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər şəhidlərimizin qanı və qəhrəmanlığı hesabına mümkün olub. Şəhidlərimizin əziz xatirəsi daim uca tutulur, onların ailələrinə dövlət və cəmiyyət tərəfindən göstərilən diqqət və qayğı davam etdirilir.


Tədbirdə şəhidlərin həyat və döyüş yolundan bəhs edilib, onların Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərdən danışılıb.


Daha sonra şəhid ailələri ilə görüş keçirilib, onların qayğı və istəkləri dinlənilib. Şəhid ailələri belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər.


Tədbir çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər və görüşlər keçirilib.


Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam etdiriləcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: